Rusiyada miqrantlarla bağlı yeni qanun soydaşlarımıza necə TƏSİR EDƏCƏK? – AÇIQLAMA 

Hazırda oxunan: Rusiyada miqrantlarla bağlı yeni qanun soydaşlarımıza necə TƏSİR EDƏCƏK? – AÇIQLAMA 

167544

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan miqrantlarla bağlı bir çox qadağalar tətbiq olunacaq. Belə ki, Rusiya Daxili İşlər Nazirliyi onlar üçün məhdudiyyətlər nəzərdə tutan nəzarətli qalma rejimi tətbiq etməyi təklif edib. 

Lakin yeni qanun layihəsi miqrantların narazılığına səbəb olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Putin Rusiyaya gələn miqrantlara SƏSLƏNDİ: “Adətlərimizi mənimsəməlidirlər” - VİDEO


Çünki yeni qaydalarda onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması və pul köçürmələri qadağan edilib. Qeyri-qanuni miqrantlara hətta sürücülük imtahanından keçməyə, sürücülük vəsiqəsi dəyişdirməyə bank hesabı açmağa və nikah bağlamağa da icazə verilməyəcək.

Təbii ki, bu qadağalar miqrantlar üçün heç də xoş olmayan sürprizlər hazırlayır.

Bəs, bu qanun layihəsinin təsdiqlənməsindən sonra azərbaycanlıların Rusiyadan “böyük köç”ü başlaya bilərmi?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son zamanlar Rusiyanın miqrasiya siyasəti ictimaiyyət tərəfindən sərt tənqid olunur:

“Rəsmi Moskvanın təmsilçiləri də bir məsələni tez-tez dilə gətirirlər ki, Rusiyada milyonlarla miqrant var. Onların bir çoxu hətta vətəndaşlıq alıb. Lakin, bu adamlar Rusiyanın milli maraqlarına xidmət etmir. Ən başlıcası da Ukrayna ilə müharibədə iştirak etməkdən boyun qaçırırlar. 
Bu cür məsələlər, bilirsiniz ki, həssas mövzudur. Nəzərə alaq ki, gələn il Rusiyada növbəti prezident seçkiləri keçirləcək. Miqrant məsələsi siyasi polemikaların əsas mövzularından biri olduğu üçün Rusiya höküməti də buna laqeyd qala bilmir. Qanunları sərtləşdirməklə hökümət bir növ ictimai çağırışlara reaksiya verir. Bununla da Kreml ictimai təşəbbüslərə laqeyd olmadığı görüntüsünü yaratmaq istəyir”. 

Natiq Cəfərli onu da qeyd edib ki, Rusiya iqtisadiyyatı miqrantsız yaşaya bilməz:

“Təkcə bir faktı deyim ki, iki ilə yaxın davam edən müharibə hesabına Rusiyada onminlərlə iş yerləri boşalıb. Bu iş yerlərinin dolmasına isə demoqrafik vəziyyət imkan vermir. Üstəlik, elə iş yerləri var ki, orada ruslar sadəcə işləmək istəmirlər. Bu da işçi çatışmazlığına gətirib çıxarır. 
Rusiyanın bəzi regionlarında çağırışlar edilir ki, miqrantlar ora gəlsinlər. Ona görə də yeni qaydalar daha çox kampaniya xarakteri daşıyır. 

Bununla belə, yeni qaydaların tətbiqi Rusiyadakı soydaşlarımıza da öz təsirini göstərəcək. Bildiyimiz kimi, Rusiyada yüzminlərlə azərbaycanlı yaşayır. Onların bir qismi vətəndaşlıq da alıb. Vətəndaşlığı olan soydaşlarımızla bağlı hər hansı bir problemin olacağını düşünmürəm.

Lakin iş icazəsi və başqa sənədlərlə yaşayan soydaşlarımıza müəyyən problemlər yarana bilər. 

Amma bu problem böyük “köç dalğası” yaradacaqmı? Bunu demək çətindir. Çünki zaman-zaman belə hadisələr fonunda soydaşlarımız Azərbaycana yox, Qazaxstana və Orta Asiya dövlətlərinə üz tutublar. Ona görə də soydaşlarımızın kütləvi şəkildə gerdönüşü inandırıcı deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO