“Başqaları gələndə salon dolur, özümüzünkü gələndə belə olur” – Sabir Rüstəmxanlı 

Hazırda oxunan: “Başqaları gələndə salon dolur, özümüzünkü gələndə belə olur” – Sabir Rüstəmxanlı 

167524

"Başqaları gələndə salon 10 minlərlə adamla dolur. Özümüzünkü gələndə belə olur. Kimi qınamalıyıq?"

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Sabir Rüstəmxanlı "Dalğa" musiqi qrupunun Heydər Əliyev Sarayında keçirilən konsertində deyib.

Millət vəkili Azərbaycan mədəniyyətində, folklorunda aşıq sənətinin əhəmiyyətindən və dilimizə töhfəsindən danışıb:

"Biz Təbrizin futbol meydançasında 10 minlərlə insanın "Bakı-Təbriz-Ankara, fars hara, biz hara" dalğasını eşitmişik. Həmin gün bütün güney bildi, düşmənlərimiz qorxuya düşdü. Bu da bir başqa dalğadır. Sazımızın kökü "Dədə-Qorqud"a dayanır. "Dədə Qorqud"un üstündən rəsmi olaraq 1300 il keçib. 1300 ildə ərəbcə, farsca yazanlarımız olub. Amma millətin içində, arxada saz dınqır-dınqır yaşayıb və bizim dilimizi yaşadıb. Ona görə saz bizə doğmadır. Çox şeylər Bakıya yaxınlaşan kimi meyxanaya çevrilir, amma sazı dünyanın heç bir gücü dəyişdirə bilməz".

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO