Ağdamda mina partlayışı faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
*** 13:04
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Ağdamda baş verən mina partlayışı barədə məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, 2023-cü il 5 dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.
*** 13:00
Ağdamda minaya düşən ANAMA əməkdaşının kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, o, ANAMA-nın minatəmizləmə qrupunun mina axtaranı Əhmədov Vaqif Sabir oğludur.
Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
*** 12:48
Ağdamda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi ilkin məlumata görə, hadisə rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, mina partlayışı nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:04 / 05.12.2023
SON DƏQİQƏ: Ağdamda mina PARTLADI - Xəsarət alan var - YENİLƏNİB/FOTO
Hazırda oxunan: SON DƏQİQƏ: Ağdamda mina PARTLADI - Xəsarət alan var - YENİLƏNİB/FOTO
Hazırda oxunan: SON DƏQİQƏ: Ağdamda mina PARTLADI - Xəsarət alan var - YENİLƏNİB/FOTO
167522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.