Əhalinin 22 faizi ailədə zorakılığı qaçılmaz hesab edir – SORĞU 

Hazırda oxunan: Əhalinin 22 faizi ailədə zorakılığı qaçılmaz hesab edir – SORĞU 

167521

Ölkə əhalisinin 77,1%-i ailədə heç bir halda zorakılığın tətbiqini qəbul etmir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, ölkə əhalisinin ailədə zorakılıq fenomeninə ümumi münasibətini öyrənmək məqsədilə həyata keçirilən telefon sorğusunda respondentlərə iki mühakimə təqdim edilib, onlardan yalnız birini seçmək təklif olunmuşdu. 
 

MÖVZU İLƏ BAĞLI:

“Streotiplər qadın hüquqlarına mənfi təsir göstərir” - KOMİTƏ


Bu mühakimələr “Ailə münasibətlərində heç bir halda zorakılıq/şiddət tətbiq etmək olmaz” və “Ailədə bəzi hallarda zorakılığın tətbiqi qaçılmazdır” kimi səsləndirilib. 

Rəyi soruşulanların 77,1%-i ailədə heç bir halda zorakılığın tətbiqini qəbul etmədiyi halda, 21,9%-i bəzi hallarda bunun qaçılmaz olduğunu düşünür. 1.0%-i isə sualı cavablandırmaqda çətinlik çəkir. Cavabların demoqrafik göstəricilərə görə bölgüsü maraqlı tendensiyaları üzə çıxarır.

Genderə görə bölgüyə əsasən, ailədə bəzi hallarda zorakılığın tətbiqini qaçılmaz hesab edənlər arasında kişilər  qadınlardan təqribən iki dəfə çoxdur. Onların 30,2%-i bu cavabı seçdiyi halda, qadınlar arasında analoji göstərici 14,6%-dir. Heç bir halda qəbul etməyənlər isə kişi respondentlərin 67,6%-i, qadın respondentlərin 85,4%-dir.

Qeyd edək ki, ailə vəziyyətinə görə boşanmış kateqoriyasına aid olan respondentlər arasında müəyyən hallarda ailədə zorakılığı məqbul hesab edənlərin faiz göstəricisi digər qruplara nisbətən yüksəkdir (42,9%).

Bu fikirlə ən az razılaşanlar isə dul respondentlər arasındadır (14,3%)  və məhz bu qrupda heç bir halda ailədə zorakılığı məqbul hesab etməyənlər  ən çox faiz göstəricisinə malikdir (85,7%). Ailədə zorakılığın yolverilməzliyi fikri ilə  az razılaşma faizi isə boşanmış respondent qrupundadır.

Yaşa görə bölgüdə məişət zoraklılığına ən dözümsüz münasibət yaşı 65-dən yuxarı olan respondentlərə aiddir. Onların 96,2%-i heç bir halda zorakılığın yolverilən olmadığını qeyd edib. Bu yaş kateqoriyasında respondentlərin heç biri ikinci mühakiməni seçməyib. 

Zorakılığa dözümsüzlük üzrə yüksək faiz göstəriciləri  həm də yaşı 18-25 və yaşı 56-65 olan iki demoqrafik qruplara aiddir. Birincilərin 83,6%-i, ikincilərin isə 84,5%-i zorakılığı yolverilməz hesab edir. 

Ailədə zorakılığın yolverilməz olduğunu ən az seçənlər 36-45 yaşlı respondentlərdir. Onların cəmi 68,9%-i bu cavabı verərkən, 31,1%-i bəzi hallarda ailədə zorakılığın qaçılmaz olduğunu qeyd ediblər. Məşğuliyyət növlərinə gəldikdə isə ailədə zorakılığın tətbiqinə ən çox dözümsüzlük evdan qadınlar, tələbələr və təqaüdçülər arasındadır.


Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO