“Elçibəyi repressiyadan xilas edən Heydər Əliyev olub” – POLKOVNİK 

“Elçibəyi repressiyadan xilas edən Heydər Əliyev olub” – POLKOVNİK 

Hazırda oxunan: “Elçibəyi repressiyadan xilas edən Heydər Əliyev olub” – POLKOVNİK 

167517

"Elçibəyin özünü də repressiyadan xilas edən Heydər Əliyev olub".

Bizim.Media xəbər verir ki, bu sözləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov təşkilatın "Heydər Əliyev İli" ilə bağlı keçirdiyi konfransda deyib.

Sədr müavini çıxışında Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi roluna diqqət çəkib:

"Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub.

Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib".
Polkovnik həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO