“Heydər Əliyevin əməyini danmaq mümkün deyil

“Heydər Əliyevin əməyini danmaq mümkün deyil" – Polkovnik 

Hazırda oxunan: “Heydər Əliyevin əməyini danmaq mümkün deyil" – Polkovnik 

167516

"O vaxt Heydər Əliyev Bəxtiyar Vahabzadəni xilas etməsəydi, 20 yanvar hadisələrində xalqı azadlığa səsləyən kim olacaqdı? Heydər Əliyevin əməyini danmaq mümkün deyil".

Bizim.Media xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, təhlükəsizlik məsələləri üzrə ekspert Seymur Şeydayev Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının "Heydər Əliyev İli" ilə bağlı keçirdiyi konfransda deyib.

Seymur Şeydayev qeyd edib ki, Heydər Əliyev şairə dövlət mükafatı verməklə onu ölümdən xilas edib:

"Bəxtiyar Vahabzadə "Şəki fəhləsi" qəzetində "Gülüstan" poemasını çap etdirmişdi. Qəzet əl-əl gəzmişdi. Bunu yazan adam dövlət təhlükəsizlik komitəsinin nəzarətindən kənar qala bilməzdi. Sonra ondan Leninə həsr edilən poema istəyirlər, o da "Rəhbərə salam" poemasını yazır. Heydər Əliyev həm "Muğam" həm də Lenin haqqında poemasına dövlət mükafatı verdi. Dövlət mükafatı verilən adamı da prokurorluq həbs etmirdi. Bəxtiyar Vahabzadəni Heydər Əliyev belə xilas etdi. 

O, repressiya dövründə belə Heydər Əliyevin milliləşmə siyasəti apardığını bildirib:

"1930-cu illərdə Azərbaycan xüsusi xidmət orqanlarında azərbaycanlılar cəmi 25 faiz təşkil edirdi. 1970-ci illərdə isə bu rəqəm 70 faizə qalxmışdı. Bu, Heydər Əliyevin əməyinin nəticəsi idi. Repressiya vaxtında Azərbaycanda ən çox işləyənlər erməni idi. Azərbaycan ziyalılarına işgəncədə onlar iştirak edirdilər. Heydər Əliyev bunu görmüşdü, ona görə də belə milliləşdirilmə siyasətini aparırdı. 

Heydər Əliyevin Azərbaycan sevgisi çox böyük idi. Onun çiynində gəzdirdiyi general paqonu ürəyindəki vətən sevgisini üstələmədi".

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO