Elşad Miridən SƏRT AÇIQLAMA – “Abort təkcə cinayət yox, həm də vəhşilikdir”

Hazırda oxunan: Elşad Miridən SƏRT AÇIQLAMA – “Abort təkcə cinayət yox, həm də vəhşilikdir”

167496

Son illər selektiv abortların sayı sürətlə artır. Bu cür hərəkətlər hüquqi və mənəvi olaraq heç də doğru qəbul olunmur. Təsadüfi deyil ki, Azərbaycanda selektiv abort qadağandır. Lakin müxtəlif bəhanələrlə bu cür abortlar edilir.

Bəs, İslamda abort günah sayılır?

Suala ilahiyyatçı Elşad Miri aydınlıq gətirib. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ana bətnindəki döl canlıya çevrildikdən sonra onu məhv eləmək İslamda qadağandır: 
 

MÖVZU İLƏ BAĞLI:

15-19 yaş qrupları arasında 2000-dən çox abort qeydə ALINIB 


“Bu həyatdakı insanı öldürməyə bərabər tutulur. İslam dininin sonrakı dövrlərində abort bir mənalı şəkildə pislənilib. Bu gün də elədir. Yəni canlını istəyir ana bətnində, istərsə də həyatda öldürmək olmaz. Bu İslamda da, dünyəvi dövlətlərdə də qadağandır. 

Ana bətnindəki də insandır. Onu doğmamış öldürmək təkcə cinayət yox, həm də vəhşilikdir. Qurani-Kərimdə belə bir ayə var: öldürülən qız uşaqları ilə bağlı bildirilib ki, “qız uşağının olduğu xəbərini eşidən zaman onların üzü qıpqırmızı qızarar, cəmiyyət içində utanardılar.

Bilməzdilər ki, necə pis bir qərar veriblər”.

Yəni qız uşağının doğulmaması üçün bütün dövrlərdə cinayətlərə əl atılıb. Bununla belə qız uşağının tələf edilməsi böyük günah və qatı cinayətdir. Başqa bir ayədə isə deyilir ki, övladlarınızı öldürməyin:

“Sizin də, onların da ruzisini verən Allahdır”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO