Biləsuvar sakinləri qanunsuz saxladıqları 4 ədəd silahı TƏHVİL VERDİLƏR

Biləsuvar sakinləri qanunsuz saxladıqları 4 ədəd silahı TƏHVİL VERDİLƏR

Hazırda oxunan: Biləsuvar sakinləri qanunsuz saxladıqları 4 ədəd silahı TƏHVİL VERDİLƏR

167458

Biləsuvar sakinləri qanunsuz saxladıqları 4 ədəd odlu silahı könüllü təhvil veriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. 

Keçirilən növbəti tədbirlər zamanı daha 4 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları ilə birgə ekoloji mühitin mühafizəsi tədbirlərinin gücləndirilməsi ilə bağlı rayon ərazisində keçirdikləri tədbirlər zamanı meşə fonduna daxil olmayan ağacın zədələnməsi faktı aşkarlanıb.

Aşkarlanan halla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO