Geniş yayılan maskalanmış depressiya nədir? – Psixoloqdan XƏBƏRDARLIQ  

Geniş yayılan maskalanmış depressiya nədir? – Psixoloqdan XƏBƏRDARLIQ  

Hazırda oxunan: Geniş yayılan maskalanmış depressiya nədir? – Psixoloqdan XƏBƏRDARLIQ  

167406

İnsanlar arasında halsızlıq, gündəlik özünü enerjisiz hiss etmək halları çoxalmaqdadır. Bəziləri bunu yuxusuzluqla, bəziləri iş yükünün ağırlığı ilə əlaqələndirir.

Bəs əsl səbəb nədir?

Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, insanlar gün boyu özünü yorğun, halsız hiss etdiklərində, səhərlər yuxudan dura bilmədikdə, elə bilirlər ki, bu, normal haldır:
 

MÖVZU İLƏ BAĞLI:

Depressiyalar fəslinin QURBANLARI – Payız stresindən necə xilas olmaq olar?


“Əsl həqiqətlər tamamilə fərqlidir. Bunun əsas səbəblərindən biri maskalanmış depressiyadır. Ümumdünyya Səhiyyə Təşkilatından da dəfələrlə bildirilib ki, koronavirus pandemiyasından sonra maskalanmış depressiya geniş yayılıb. Maskalanmış depressiya zamanı insanın qidalanması pozulur, o, yemək sindromundan əziyyət çəkir, bəzən heç dadını hiss eləmədiyi şeyləri belə yeyə bilir. 

İkinci əsas səbəb, cinsəl problemlərdir. Bu, xüsusilə kişilər arasında yayılıb, adı isə erektil disfunksiyadır.

Qadınlarda isə bu, vaginizm, frigidlik kimi özünü göstərir. Üçüncüsü isə, yuxu problemidir. Ümumilikdə isə günboyu özünü enerjisiz hiss etmək bütün depressiyaların simptomlarından biridir. Adam da var ki, gecəyarı güclü ürək döyüntüsü və təşvişlə yuxudan oyanır. Sadaladığım halları özündə müşahidə edən şəxslər həkim-psixoterapevtə müraciət etməlidirlər”.

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO