Slavyan Universitetinin sabiq şöbə müdirindən XƏBƏR VAR 

Hazırda oxunan: Slavyan Universitetinin sabiq şöbə müdirindən XƏBƏR VAR 

167403

Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyeva barəsindəki hökmdən narazı qalıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bununla bağlı xanım müttəhimin vəkili Rövşən Mərəndskiy ittihamedici apellyasiya şikayəti verib. 

Vəkil hesab edir ki, müvəkkilinə qarşı irəli sürülmüş ittihamlar birinci instansiya məhkəməsində kifayət qədər dəlil və sübutlarla təsdiqini tapmayıb: 

“Bakı Slavyan Universiteti hələ də təhsil ödənişləri mənimsənildiyi iddia olunan 123 nəfərin müqavilələrini bizə təqdim etməyib. Belə olan halda biz onların təhsil haqqı məbləğini və həmin universitetdə oxuduqlarını bilmirik. Bəlkə həmin 123 nəfər tələbə deyil? Bizə konkret sübutlar lazımdır”. 

Müdafiəçi D.Əliyeva barəsindəki 6 il azadlıqdan məhrumetmə cəzasınının ləğv olunmasını, bəraət qərarı çıxarılmasını xahiş edib. 

Xatırladaq ki, D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvətalma) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib. 

İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvətalma yolu ilə 226 min manat ələ keçirib. 

D.Əliyeva özünü təqsirli bilməyib, tələbələrdən alınan pulu universitetin ovaxtkı rektoru Nurlana Əliyevaya verdiyini deyib. N.Əliyeva isə məhkəmədə bütün qanunsuzluqlarda Dürdanə Əliyevanı ittiham edib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO