Ölkədə havanın mülayim keçməsinin səbəbi AÇIQLANDI 

Ölkədə havanın mülayim keçməsinin səbəbi AÇIQLANDI 

Hazırda oxunan: Ölkədə havanın mülayim keçməsinin səbəbi AÇIQLANDI 

167384

"Son günlər ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur. Bunun əsas səbəbi cənubdan ölkəmizə daxil olan isti hava dalğasıdır". 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib. 

Onun sözlərinə görə, dekabrın 3-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyə çataraq, çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub. Mülayim hava şəraiti dekabrın 4-də də müşahidə olunur. 
“Dekabrın 5-i səhərdən ölkə ərazisində havanın dəyişəcəyi, Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. 6-sı axşamdan 7-si axşamadək isə arabir yağış yağacağı ehtimal olunur. Bu da temperaturun bu günlərlə müqayisədə 3-5 dərəcə enməsinə səbəb olacaq”. 

Xidmət rəisi bildirib ki, bölgələrdə arabir güclənən qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s qədər güclənəcək.

Dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO