“Minada əlil olanlarla şəhidlərin sosial statusunda fərq olmayacaq” - Sahil Babayev 

Hazırda oxunan: “Minada əlil olanlarla şəhidlərin sosial statusunda fərq olmayacaq” - Sahil Babayev 

167378

“Şəhidlərimizlə mina partlayışı nəticəsində əlil olan şəxslərin sosial statuslarında fərq olmayacaq”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Peşələr Festivalının final mərhələsində Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanlar, şəhidlərimiz və mina partlayışı nəticəsində yaralanaraq öz əzalarını itirənlərin, yəni əlillik qazanan şəxslərin statusunda hər hansı bir fərq yoxdur. Onlara  sosial ödənişlər bərabər şəkildə şamil olunur” - deyə, nazir bildirib. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO