Nazir bu agentliyə yeni sədr təyin etdi - FOTO 

Hazırda oxunan: Nazir bu agentliyə yeni sədr təyin etdi - FOTO 

167331

Təhsil Nazirliyində növbəti kadr təyinatı olub.  

Bizim.Media “manset.az”a istinadən xəbər verir ki, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov tutduğu vəzifəsindən azad olunub. Digər əmrlə o, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə hələki təyinat yoxdur. Bu barədə məlumat qurumdan təsdiq edilib.  

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin keçmiş sədri Ülkər Səttarova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO