BQXK: \"Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir\"

Hazırda oxunan: BQXK: \"Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir\"

167320

"Azərbaycanda 2020-ci il Vətən müharibəsindən sonra mina qurbanlarının 90 faizindən çoxu kişilərdir". 

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiç dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. 

O, Azərbaycanın mina problemi ilə üzləşməsindən təəssüfləndiyini bildirib: 

"Mina qurbanlarına yardım çox vacibdir. Mina qurbanları və onların ailələrinin ehtiyac duyduğu xidmətlərlə təmin edilməsi çox vacibdir. Biz öz dəstəyimizi Ombudsman Aparatına göstərməyə hazırıq. Məqsədimiz qabaqcıl təcrübələri nəzərdən keçirmək, boşluqları müzakirə edib onları aradan qaldırmaqdır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO