Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olundu

Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olundu

Hazırda oxunan: Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olundu

167291

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə Bakıda yubiley tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, Nizami Kino Mərkəzində təşkil olunan tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşıb.

Tədbirdə qeyd edilib ki, 1923-cü ildə Uolt Disney və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney Company” qısa müddətdə Amerika animasiyasında liderə çevrilib. İlk böyük uğura 1928-ci ildə bu günə kimi də aktuallığını itirməyən “Mickey Mouse”la imza atıb.
Diqqətə çatdırılıb ki, “Disney” 1937-ci ildə ilk tammetrajlı animasiya filmi olan “Ağca və yeddi cırtdan”la animasiyada inqilab edib. Bugünkü gün də “Disney” filmləri, personajları və əyləncə parkları ilə tanınan multimedia nəhəngidir.

Sonda “Mulan” (1998) filmi nümayiş olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO