Kürdəmirdə avtomobil anidən yandı

Kürdəmirdə avtomobil anidən yandı

Hazırda oxunan: Kürdəmirdə avtomobil anidən yandı

167269

Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Əzizzadə Binyamin Niyazi oğluna məxsus “Mercedes” markalı minik maşınının mühərrik hissəsində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb və digər əraziyə yayılmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO