Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir - FOTO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir - FOTO

Hazırda oxunan: Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir - FOTO

167189

Dekabrın 2-də Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlanıb.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, dekabrın 4-dək davam edəcək mədəniyyət günlərinin maraqlı proqramı var.

Mədəniyyət günləri çərçivəsində dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti keçirilir.

Dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı "Qaragöz" tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək.

Dekabrın 4-də Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq.
Həmin gün Heydər Əliyev Mərkəzində dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO