Şəkidə yük dolu

Şəkidə yük dolu "TIR"ın yanma səbəbi BİLİNDİ - FOTO

Hazırda oxunan: Şəkidə yük dolu "TIR"ın yanma səbəbi BİLİNDİ - FOTO

167150

Şəki rayon ərazisində Türkiyə vətəndaşına məxsus “TIR”ın yanmasına səbəb mühərrikdə yaranan problem olub .

Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadsən bildirir ki, bu gün axşama doğru Yevlax-Zaqatala-Gürcüstan magistralının Şəkinin Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “TIR” alışaraq yanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb - FOTO


Havanın küləkli olması yanğını daha da alovlandırıb.

Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində yük avtomobilinin ön və yük hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.









Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO