Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti DAYANDIRILDI - FOTO

Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti DAYANDIRILDI - FOTO

Hazırda oxunan: Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti DAYANDIRILDI - FOTO

167050

Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən, Babışov Elməddin Rəhim oğluna məxsus “Kənd Evi” İctimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) məlumat verilib.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO