Elşad Hacıyev vətəndaşlara ÇAĞIRIŞ ETDİ 

Elşad Hacıyev vətəndaşlara ÇAĞIRIŞ ETDİ 

Hazırda oxunan: Elşad Hacıyev vətəndaşlara ÇAĞIRIŞ ETDİ 

166976

"Əgər kimsə sizə “fotolarını yayacağam”, “ailə üzvlərinizə fotolarını və mesajlarını göstərəcəyəm”, “haqqınızda sosial şəbəkədə rusvayedici məlumatlar paylaşacağam”- deməklə hədə-qorxu ilə pul tələb etsə, dərhal polisə məlumatlandırın". 

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb. 

“Əgər bir dəfə tələb olunan pulu versəniz, o adam davamlı olaraq sizdən daha böyük məbləğlərdə pul tələb edəcək”, - deyən E.Hacıyev bildirib ki, nazirlik əməkdaşları dünən şantajla məşğul olan belə bir şəxsi yaxalayıblar. 
“Eyni dalğa, eyni koordinatla vətəndaşı talayıb. Növbəti cəhdində isə yaxalanıb”. 

Qeyd edək ki, yaxalanan şəxs paytaxt sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədovdur. O, Bakı şəhər sakini olan bir nəfərdən hədə-qorxu gəlməklə əvvəlcə 1000 manat pul alıb. 

Noyabrın 27-də yenidən həmin şəxsdən 9000 manat pulu alarkən saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO