Kürdəmirdə fəaliyyət göstərən restoranda nöqsanlar AŞKARLANIB - FOTO

Kürdəmirdə fəaliyyət göstərən restoranda nöqsanlar AŞKARLANIB - FOTO

Hazırda oxunan: Kürdəmirdə fəaliyyət göstərən restoranda nöqsanlar AŞKARLANIB - FOTO

166936

Kürdəmir rayonunun Karrar kəndində fiziki şəxs Qəniyev Sadiq Seyyat oğluna məxsus “Bığ” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən təkrar yoxlama aparılıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, baxış zamanı qida obyektində ilkin yoxlamada aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı məlum olub.

İctimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, restoranın sanitar-texniki və sanitar-gigiyenik vəziyyətlə bağlı nöqsanlar aradan qaldırılmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Belə ki, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, süd və süd məhsullarının minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, həmçinin aşkar edilmiş nöqsanların qısa zaman ərzində aradan qaldırılması barədə icrası zəruri göstərişlər verilib və qida obyektinin fəaliyyəti nəzarətə götürülüb.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO