Şəkidə “Zəfərə gedən yol” filminin təqdimatı KEÇİRİLDİ – FOTO 

Şəkidə “Zəfərə gedən yol” filminin təqdimatı KEÇİRİLDİ – FOTO 

Hazırda oxunan: Şəkidə “Zəfərə gedən yol” filminin təqdimatı KEÇİRİLDİ – FOTO 

166861

Şəkidə "Zəfərə gedən yol" qısametrajlı filmin təqdimatı olub. 

Bizim.Media xəbər verir ki, Heydər Əliyev mərkəzində baş tutan tədbirdə yerli ictimaiyyət nümayəndələri, şəhid ailəsi üzvləri, qazilər və rayon sakinləri iştirak edib.  

Bədii-sənədli film ilk dəfə tamaşaçılara təqdim olunub. Ekran əsərinə baxışdan sonra çıxış edən Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov filmin həm milli ideoloji, həm də siyasi baxımdan böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb və yaradıcı heyətə uğurlar arzulayıb.  
Tribunaya söz üçün dəvət olunan şəhid anası Gülnarə Mustafayeva Vətən müharibəsində aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqların ekrana daşınmasının sevindirici hal olduğunu vurğulayıb. Yaradıcı heyət də öz növbəsində gələcəkdə bu filmlərin ərsəyə gəlməsi üçün əllərindən gələni edəcəklərini deyiblər.  

Qeyd edək ki, Bizim.Media-nın əməkdaşı Elgün Gəncimsoyun ssenari əsasında ərsəyə gələn filmin yaradıcı heyəti "Urfansoyfilm"in əməkdaşlarıdır. Bundan başqa rejissor Taleh Urfansoy, prodüser Yusif Mustafayev olmaqla aktyor və texniki heyətin böyük hissəsi müharibə iştirakçıları olan yaradıcı gənclərdən ibarətdir. Film 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbəndən bəhs edir. 







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO