Qarabağa köçürülən ailələrin sayı AÇIQLANDI – RƏSMİ/ÖZƏL

Qarabağa köçürülən ailələrin sayı AÇIQLANDI – RƏSMİ/ÖZƏL

Hazırda oxunan: Qarabağa köçürülən ailələrin sayı AÇIQLANDI – RƏSMİ/ÖZƏL

166799

İşğaldan azad edilmiş ərazilərə mütəmadi olaraq köç karvanı davam edir.

Maraqlıdır, bu günə kimi nə qədər keçmiş məcburi köçkün Qarabağ və Şərqi Zəngəzurda öz yurd-yuvalarına geri qaytarılıb?

Mövzu ilə bağlı sorğumuzu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanladıq. 

Qurumun Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Bizim.Media-ya konkret sayı açıqlayıb:

“29.11.2023 tarixinədək azad edilmiş ərazilərə köçürülən ailələrin ümumi sayı 987 ailə, 3932 nəfərdir. Füzuli şəhərinə 308 ailə, 1106 nəfər, Laçın şəhərinə 363 ailə, 1389 nəfər, Ağalı kəndinə 175 ailə, 871 nəfər, Talış kəndinə 20 ailə, 90 nəfər və Zabux kəndinə 121 ailə, 476 nəfər köçürülüb”.                                                                                    

Məhərrəm Əliyev, Bizim Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO