Sabah güclü maqnit qasırğası OLACAQ 

Sabah güclü maqnit qasırğası OLACAQ 

Hazırda oxunan: Sabah güclü maqnit qasırğası OLACAQ 

166798

Sabah güclü maqnit qasırğası olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda bildirilib. 

Qeyd olunub ki, geomaqnit sahəsi - 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir. 
Dekabrın 1-də isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır. 

Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1(zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO