Nazarbayev etiraf etdi: 2-ci arvadı və 2 oğlu var

Nazarbayev etiraf etdi: 2-ci arvadı və 2 oğlu var

Hazırda oxunan: Nazarbayev etiraf etdi: 2-ci arvadı və 2 oğlu var

166784

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ilk dəfə öz xatirələrində ikinci arvadı və iki oğlu olduğunu etiraf edib.

Bizim.Media "Orda.kz" saytına istinadən xəbər verir ki, Nazarbayev müəllifi olduğu "Mənim həyatım" xatirələr kitabında bu barədə yazıb.

O, kitabında Tayman (2005-ci ildə) və Bayken (2008-ci ildə) adlı iki oğlunu dünyaya gətirən Asel İsabayeva ilə münasibətinin olduğunu qeyd edib.

Siyasətçi aydınlaşdırıb ki, İsabayevanı ilk dəfə Qazaxıstanın cənub-şərqindəki Taldıkorqan şəhərinə səfəri zamanı görüb. Qız dövlət başçısını təyyarənin pilləkənlərində gül dəstələri ilə qarşılayıb. 

“Belə bir mərasimdə iştirak etmək üçün ən gözəl yerli qızlar seçilir”, - eks-prezident bildirib.

Nazarbayev qeyd edib ki, İsabayevanın obrazı onun yaddaşından getməyib. Bir gün görüb ki, həmin qız “Miss Qazaxıstan” müsabiqəsində Qran-pri qazanıb və onu tapıb. 

“Aselin həm xarici görünüşündə, həm də düşüncələrində axtardığım bir çox keyfiyyətləri gördüm. Ən əsası isə illərdir davam edən ruhi tənhalıqdan qurtuldum”, - deyə siyasətçi vurğulayıb.

Daha sonra sevgililər “müsəlman adətinə görə” evləniblər. Nazarbayev həyat yoldaşı Saraya (1962-ci ildən evlidir) və qızları - Dariqa (1963-cü il təvəllüdlü), Dinara (1967) və Aliyəyə (1980) hər şeyi danışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO