Quş xəstəliklərinə görə bir sıra ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

Hazırda oxunan: Quş xəstəliklərinə görə bir sıra ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

166757

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, İsveç Krallığının Esterqotlandiya əyalətində qeydə alınmış Nyukasl, İspaniya Krallığının Əndəlüs, Estremadura, Kastilya–La Mança muxtar icmalarında, Rusiya Federasiyasının Saratov vilayətində, Serbiya Respublikasının Orta-Banatski, Şimali-Baçski, Cənubi-Baçski, Qərbi-Baçski dairələrində isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adları çəkilən inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO