COVID-19 infeksiyası ilə bağlı REYDLƏR - FOTOLAR

COVID-19 infeksiyası ilə bağlı REYDLƏR - FOTOLAR

Hazırda oxunan: COVID-19 infeksiyası ilə bağlı REYDLƏR - FOTOLAR

16674

Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri görülür. Koronavirus əleyhinə vaksinasiya prosesi ilə bağlı sakinlər ətraflı məlumatlandırılır.

Bizim.Media xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, YAP rayon təşkilatının, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Abşeron nümayəndəliyinin üzvlərinin iştirakı ilə Xırdalan şəhərində fəaliyyət göstərən obyektlərə, eləcə də məktəblərə baxış keçirilib, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.

Növbəti reyd zamanı satıcıların, istehlakçıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, ticarət obyektlərinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb və karantin qaydalarının pozulması hallarına yol veriləcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Aşkar edilən nöqsanlar isə yerindəcə aradan qaldırılıb, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıblar.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO