Göyçayda Vətən müharibəsi şəhidinin anım günü KEÇİRİLİB - FOTO

Göyçayda Vətən müharibəsi şəhidinin anım günü KEÇİRİLİB - FOTO

Hazırda oxunan: Göyçayda Vətən müharibəsi şəhidinin anım günü KEÇİRİLİB - FOTO

166724

Göyçayda şəhid Fərid Nadirovun anım günü onun məzarı önündə qeyd olundu.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, mərasimdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin anım mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Fərid Nadirovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Nadirov Fərid İlyas oğlu 2000-ci ildə Göyçay rayonunun Üngütlü kəndində anadan olub.O, 2019-cu ildə  həqiqi hərbi xidmətə çağırılıb.

Şəhid Fərid Nadirov 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub. 28 noyabr 2020-ci il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları təltif olunub.








Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO