BİZİM TƏQVİM: 30 noyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 30 noyabrda baş vermiş tarixi hadisələr

166709

Bu gün Qaraheybət helikopter qəzası və ya “Qaraheybət faciəsi”nin baş verməsindən 2 il keçir. 2021-ci ilin bu günündə Azərbaycan DSX hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, 2 nəfər isə yaralanəb. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.

Bəs, noyabrın 30-da dünyada daha hansı hadisələr baş verib?

1. 30 noyabr 1517-ci ildə Martin Lüter öz tezislərini elan edib.

2. 1786-cı ilin 30 noyabrında Böyük Toskana hersoqluğu ölüm hökmünü ləğv edən ilk müasir dövlət olub.

3. 30 noyabr 1840-cı ildə Napoleon Bonapartın cəsədinin qalıqları Müqəddəs Yelena adasından Parisə gətirilib.

4. 30 noyabr 1853-cü ildə Krım müharibəsinin (1853-1856) gedişində Rusiya və Osmanlı donanmaları arasında Sinop döyüşü olub. Bu, dəniz müharibələri tarixində yelkənli gəmilərin iştirak etdiyi sonuncu döyüş idi. Sinop buxtası yaxınlığında gedən döyüşdə Rusiya donanması qələbə çalıb. Bununla belə, Rusiya Krım müharibəsini uduzdu.

5. 1872-ci ilin bu günündə tarixdə ilk dəfə Qlazqo şəhərində İngiltərə və Şotlandiya milli yığma komandaları arasında beynəlxalq futbol oyunu keçirilib.

6. 30 noyabr 1939-cu ildə Sovet İttifaqının Finlandiyaya hücum etməsi nəticəsində Qış müharibəsi başlayıb.

7. 1950-ci ilin 30 noyabrında  Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri başlayıb.

8. 30 noyabr 1982-ci ildə ən çox satılan musiqi albomu olan Maykl Ceksonun "Thriller" solo albomu satışa çıxarılıb.

9. 30 noyabr 2001-ci ildə Moskvada MDB sammiti çərçivəsində Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibinin orta xətt prinsipi üzrə bölünməsinə dair saziş imzalanıb. Sənədi Azərbaycan Prezidenti Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev imzalayıblar. 2002-ci ildə Azərbaycanla Rusiya arasında analoji sənəd imzalandı.

10. 2007-ci ilin bu günündə Tacikistan parlamenti Azərbaycan vətəndaşları üçün viza rejimini birdəfəlik ləğv edib.

11. 30 noyabr Beynəlxalq informasiya təhlükəsizliyi günüdür. 1988-ci ildə Amerika Kompüter Avadanlıqları Assosiasiyası tərəfindən kompüter virusları ilə mübarizə devizi altında təsis edilib.

Noyabrın 30-da bu şəxsiyyətlər xatırlanır:

1. 30 noyabr 1667-ci ildə İngilis yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (1667- 19.10.1745) anadan olub.

2. 30 noyabr 1817-ci ildə alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (1817-1903) anadan olub.

3. 30 noyabr 1835 - Amerika yazıçısı Mark Tven (1835 - 21.4.1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.

4. 30 noyabr 1926-ci ildə Azərbaycanda iki əsas ədəbi qurum – “Gənc qızıl qələmlər” dərnəyi  və “Ədəbiyyat cəmiyyəti” birləşərək “Qızıl qələmlər ittifaqı” adlandırılıb. Ədəbi ittifaqın respublikanın bir sıra şəhərlərində şöbələri açılıb.

5. 30 noyabr 1934-ci ildə tanınmış şair, tərcüməçi İlyas Tapdıq (1934 – 25.12.2016) anadan olub. “Meşənin mahnısı”, “Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.

6. 30 noyabr 1950-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri (dekadası) başlanıb. Tədbir dekabrın 9-dək davam edib.

7.  30 noyabr 1973-ci ildə Əməkdar artist Cabbar Əliyev (15.1.1904 – 1973) vəfat edib. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib. 

8. 30 noyabr 1973-cü ildə Əməkdar incəsənət xadimi, rəssam İzzət Seyidova (20.10.1910 – 1973) vəfat edib. İlk azərbaycanlı qadın teatr rəssamlarından olub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
9. 30 noyabr 2012-ci ildə Əməkdar artist, skripkaçı, pedaqoq Tahir Atakişiyev (21.8.1927 – 2012) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO