Növbəti köç karvanı Laçına çatdı - FOTO

Növbəti köç karvanı Laçına çatdı - FOTO

Hazırda oxunan: Növbəti köç karvanı Laçına çatdı - FOTO

166701

Noyabrın 29-da Böyük Qayıdış proqramı çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Bu dəfə Laçın şəhəri 17 ailəyə qucaq açıb.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün daha 63 laçınlının yurd həsrəti bitib.

31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurduna qovuşub. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar.

Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib.

Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO