Arzu Rzayev:

Arzu Rzayev: "Ölüm xəbərimi yayanlara ayıb olsun" - ÖZƏL

Hazırda oxunan: Arzu Rzayev: "Ölüm xəbərimi yayanlara ayıb olsun" - ÖZƏL

166637

Müğənni Arzu Rzayevin vəfat etməsi ilə bağlı xəbərlər yayılıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçinin ailəsi ilə əlaqə yaradıb. 

Telefonun dəstəyini isə A.Rzayevin özü götürüb. Müğənni ölüm xəbərinin yayılması ilə bağlı bunları söyləyib: 

“Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayıblar. Səhərdən mənim bu  nömrəmə nə qədər insanlar zəng ediblər. Ölkə xaricindən - İsraildən və Türkiyədən dostlarım şok vəziyyətində mənə zəng edirlər. Bu xoşagəlməz xəbərləri yayanlara bir tək sözüm var: “Sizə ayıb olsun”. Mən sağam... Amma bilmək olmaz bir saniyədən sonra nə olacaq. İnsanı diri-diri necə öldürmək olar? Allah hamının köməyi olsun”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO