Çingiz Abdullayev: “Sizi Allaha tapşırıram”

Hazırda oxunan: Çingiz Abdullayev: “Sizi Allaha tapşırıram”

166537

“ATV kanalının rəhbərliyi məni yox, həlak olan şəhidlərin, general Polad Həşimovun xatirəsini təhqir edir. Polad Həşimov mənim oxucum olub”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Audiovizual Şura Çingiz Abdullayevə görə ATV-yə irad bildirdi


“Ceyhun Şalıyev mənim kitablarımı oxuyub, toplayıb. Füzuliyə ilk daxil olanlardan biri o olub. Onun atası məni oğlunun ölümünün bir illiyinə dəvət elədi və mənim xeyli kitabımın onların evində olduğunu söylədi. 

Başqa bir şəhidimiz – ingilis dilində təhsil alan Rüfət Əhmədzadənin anası onun axırıncı məktubunu mənə bağışladı. Şəhidlərdən biri Bakıya gəlməzdən əvvəl çamadanını mənim kitablarımla doldurub. Bu haqda onun anası danışıb. Belə çıxır ki, onlar hamısı “zir-zibil” oxuyub, öz vətənləri uğrunda ölümə gediblər. 
Axı mən nə deyim? Sizi Allaha həvalə edirəm. Sizin bu dünyada cəzanız yoxdur! Siz məni deyil, yüzlərlə şəhidin xatirəsini və oxucularımı təhqir etdiniz!”, - deyə yazıçı qeyd edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO