Qusarda 6 nəfər qızılcaya YOLUXDU  

Hazırda oxunan: Qusarda 6 nəfər qızılcaya YOLUXDU  

166523

Ölkədə qeydə alınan qızılca xəstəliyi Qusara da çatıb. Artıq rayonun 3 məktəbində 5 şagird qızılca xəstəliyinə yoluxub. 

Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin Qusar sektorunun müdiri Nairə Klıçova Bizim.Media-ya faktı təsdiqləyib. 

Onun sözlərinə görə, Bədişqala kənd məktəbində 3, Zindan Muruqqışlaq kənd məktəbində 1, Gədəzeyxur kənd məktəbində 1 şagirddə qızılca daşıyıcısı olduğu təsdiqlənib. 

Bundan başqa, Zindan Muruqqışlaq kəndində 1 yaşlı körpədə də qızılca xəstəliyi aşkar edilib. Xəstəlik aşkar edilən məktəblilər təhsil ocağından izolyasiya olunaraq müalicəyə cəlb ediliblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 
 
 
 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO