Polietilen torbaların pulla satılmasının dəyişdirmədiyi MƏNZƏRƏ – VİDEO 

Hazırda oxunan: Polietilen torbaların pulla satılmasının dəyişdirmədiyi MƏNZƏRƏ – VİDEO 

166481

Ticarət şəbəkələrində polietilen torbaların pulla təklif olunmasından bir ilə yaxın vaxt keçir. Ötən dövr ərzində istehlakçılar tərəfindən polietilen torbalara maraq azalsa da bunun ekologiyaya yan təsirləri azalmayıb. 

Son günlər davam edən küləkli havalarda şəhərin mərkəzi küçələrində polietilen torbalar yenə də havada “uçuşur”. Bu da onu göstərir ki, layihə maraqlı olsa da yarımçıq icra olundu. Bundan ən çox qazanan iri ticarət şəbəkələri oldu. Hazırda elə ticarət şəbəkələri var ki, polietilen torbaların satışından ayda 10-15 min manat qazanır. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda hələ də polietilen torbalardan istifadə edilir – Qadağaya niyə əməl OLUNMUR? 


Amma küçələrdə və açıq sahələrdə yenə də polietilen torbaların yığınağına rast gəlmək olur. 

Bu da onunla əlaqədardır ki, tikinti, geyim, qida və digər sektorlarda polietilen torbalar yenə də pulsuz təklif olunur. Üstəlik, ticarət şəbəkələrində polietilen torbalara alternativ heç bir torba təklif olunmur. Bu da məsələnin ən pis tərəfidir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu layihə vəziyyətə 30 faiz təsir edib:

“Yəni insanlar daha əvvəlki kimi marketlərin verdiyi pulsuz torbaları yığıb evə apara bilmir. Bu layihənin inzibati tərəfidir. Amma sosial tərəfi yarımçıq qalıb. Müvafiq dövlət qurumları, xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə marifləndirmə işini çox aşağı səviyyədə aparır”. 

Eyyub Hüseynov layihənin yarımçıq qalmasından da danışıb:

“Bu layihənin çatışmayan digər tərəfi ondan ibarətdir ki, qadağa yalnız ərzaq mallarına tətbiq olundu. Qeyri yerlərdə yenə də polietilen torbalardan geninə-boluna istifadə edilir. Xatırladım ki, bu layihəyə başlayanda təklif etmişdik ki, polietilen torbaların üzərində heç bir reklam olmasın. Çünki reklam yazıları ağır metallardan hazırlanmış materiallardan istifadə edilməklə hazırlanır. 

Evlərə daşınan torbaların üzərindəki reklamlar da insanların səhətinə ciddi ziyan vurur. Təəssüf ki, bizim təklifimiz eşidilmədi. Bir sözlə, adı ekoloji layihə olan bu tədbir çox təəssüf ki, yarımçıq qaldı. Müvafiq qurumlar bu layihənin uğurlu və davamlı olması üçün lazımi təşəbbüsü göstərmirlər”.
Qeyd edək ki, bu il fevralın 15-dən etibarən polietilen torbaların istehlakçılara pulla satılmasına başlanılıb.

Surxay Atakişiyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO