"Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib".
Bizim.Media xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini, insanların öz yurdlarına qayıtmasını çətinləşdirir:
"Minadan təmizlənmə çox vaxt aparan və baha başa gələn bir prosesdir. Artıq üç ildir Azərbaycan ərazilərini işğaldan azad edib və bu 30 il ərzində həmin ərazilər kifayət qədər dağıdılıb, dini-mədəni abidələr məhv edilib, ərazi tamamilə minalarla çirkləndirilib, minalar bütün ərazilərdə pərakəndə şəkildə basdırılıb. Hətta qəbiristanlıqlar, əkin sahələri belə minalanıb".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:56 / 28.11.2023
Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib - RƏSMİ
Hazırda oxunan: Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib - RƏSMİ
Hazırda oxunan: Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib - RƏSMİ
166454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.