Bakıda “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” konfransı KEÇİRİLİR 

Hazırda oxunan: Bakıda “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” konfransı KEÇİRİLİR 

166444

Bakıda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans keçirilir. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi ikinci mötəbər tədbirdə dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər. 

Onların arasında ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov, Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva da var. 

İki gün davam edəcək konfransın keçirilməsində məqsəd Azərbaycanın mövcud mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində qlobal innovativ texnologiyaların nümayiş olunması və bu sahədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir. 
Tədbir çərçivəsində əməliyyatçı qurumlar və istehsalçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO