300-ə yaxın

300-ə yaxın "Vaqnerçi"yə veteran statusu VERİLDİ

Hazırda oxunan: 300-ə yaxın "Vaqnerçi"yə veteran statusu VERİLDİ

166398

Rusiyanın Vətən Müdafiəçiləri Fondu “Vaqner” özəl hərbi təşkilatının 300-ə yaxın əsgərinə “müharibə veteranı” statusu verib.

Bizim.Media xəbər verir ki, bu barədə fondun rəhbəri Anna Tsivileva məlumat verib.

O bildirib ki, ümumilikdə bir neçə min insan bu xahişlə fonda müraciət edib:

“Sertifikatları ilk alanlar Moskva və Moskvaətrafı vilayətlərin döyüşçüləridir”.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bir müddətdən sonra isə “Vaqner”in rəhbəri Yevgeni Priqojin bir neçə silahdaşı ilə birgə təyyarə qəzasında həlak olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO