Noyabrın 27-si saat 15:00-a olan məlumata əsasən ölkənin bəzi yerlərində şimal-qərb küləyi arabir güclənib, Şahdağda qar yağıb.
Bizim.Media xəbər verir ki, bu informasiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yayıb.
Mənbə yazır ki, şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Neftçala, Yardımlı, Tovuz, Ağstafa, Kəlvəz, Daşkəsəndə 20 m/s, Cocuqmərcanlıda 18 m/s, Sabirabadda 17 m/s, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 30 m/s-dək güclənib.
Neft Daşlarının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15-18 dərəcə, Naxçıvan MR-da 16-19 dərəcə, dağlıq rayonlarda 9-14 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:13 / 27.11.2023
Azərbaycanda FAKTİKİ HAVA - Şahdağda qar yağıb
Hazırda oxunan: Azərbaycanda FAKTİKİ HAVA - Şahdağda qar yağıb
Hazırda oxunan: Azərbaycanda FAKTİKİ HAVA - Şahdağda qar yağıb
166347
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.