6 ölkəyə ixrac edilən Balakən XURMASI – REPORTAJ/FOTO 

6 ölkəyə ixrac edilən Balakən XURMASI – REPORTAJ/FOTO 

Hazırda oxunan: 6 ölkəyə ixrac edilən Balakən XURMASI – REPORTAJ/FOTO 

166304

Balakəndə aqrar sektorun bu sahəsinin inkişaf etdirilməsi istiqamətində layihələr həyata keçirilir. 

Bizim.Media-nın yerli bürosuna Balakən rayon Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, hazırda rayonda 14 min hektara yaxın meyvə bağları var. 

Bu bağların 750 hektarını barverən xurma bağları təşkil edir. Xarici bazarlarda bu məhsula tələbatın artmasını nəzərə alan iri fermer təsərrüfatları sahələrin hektarını hər il artırırlar. 


Qeyd edilib ki, bu ilin yaz-yay aylarında dolu və aramsız yağışlar məhsulu nə qədər tələf etsə də fərdi və fermer təsərrüfatlarında bol məhsul yetişib. Xüsusən, son illər dünya bazarlarında xurma məmulatlarına ciddi tələbat yarandığından Balakəndə dövlət investisiyası hesabına müasir tələblərə cavab verən xurmaqurutma müəssisəsi fəaliyyətə başlayıb. Hazırda həmin müəssisədə 300 nəfər işlə təmin olunub.  

Ötən il müəssisədə 500 tona yaxın xurma məmulatları hazırlanaraq dünyanın 6 ölkəsinə ixrac edilib. Bu il isə istehsalın min tona çatdırılaraq dünyanın 9 ölkəsində bazarlara çıxarılması nəzərdə tutulur. 

Balakən DAİM-dən onu da əlavə ediblər ki, dünyada Azərbaycan xurması tanındıqca tələbat da çoxalır, ixrac coğrafiyası da ildən-ilə artır.


Hazırda daha iki ölkə ilə bu istiqamətdə danışıqlar gedir. Xüsusən Çin kimi bir ölkə bu məhsulun yerli bazarlara çıxarılmasında maraqlıdır. 

Elə bu səbəbdən yaxın illərdə müəssisənin istehsal gücünü artırmaq üçün yeni zavodun tikintisi nəzərdə tutulur. Qeyd edək ki, bu il Balakəndə 16 min tona yaxın xurma yığılması planlaşdırılır.  




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO