Ağdərə rayonu yenidən təşkil edilir - DETALLAR

Ağdərə rayonu yenidən təşkil edilir - DETALLAR

Hazırda oxunan: Ağdərə rayonu yenidən təşkil edilir - DETALLAR

166296

Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, qanun layihəsinə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.

Suqovuşan qəsəbəsi də yenidən Ağdərə rayonunun tərkibinə verilir, rayonun mərkəzi isə Ağdərə şəhəri olacaq.

Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur.

Qarabağ və Şərqi Zəngəzurda 8 rayonun inzibati ərazi bölgüsündə də  qismən dəyişiklik ediləcək.

Bununla bağlı qanun layihəsi parlamentin Regional məsələlər komitəsinin noyabrın 27-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi:
- Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə verilməsi;

- Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Qacar kənd inzibati ərazi dairəsi tərkibindəki Divanalılar kəndinin 139 hektar ərazinin Xocavənd rayonunun inzibati ərazisinə verilməsi;

- Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186 hektar torpaq sahəsinin Ağdam rayonunun inzibati ərazisinə verilməsi;

- Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481 hektar torpaq sahəsinin Qubadlı rayonunun inzibati ərazisinə verilməsi nəzərdə tutulur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO