Gəncədə bacısını qətlə yetirən şəxs peşəkar idmançıdır

Gəncədə bacısını qətlə yetirən şəxs peşəkar idmançıdır

Hazırda oxunan: Gəncədə bacısını qətlə yetirən şəxs peşəkar idmançıdır

166287

Xəbər verdiyimiz kimi, Gəncədə 22 yaşlı Pəri Allahverdizadə qətlə yetirilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə qardaş bacısını qətlə yetirdi


WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olmuş Ə.Allahverdizadə Vətən Müharibəsində də iştirak edib, Şuşa, Füzuli və Qubadlının işğaldan azad edilməsinə görə medalları ilə təltif olunub. O, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirmiş.

Qeyd edək ki, hadisə Gəncə şəhər Şahsevənlər küçəsi 106 ünvanında baş verib. 2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz nahiyəsinin kəsilməsi səbəbindən vəfat edib.

Gənc qızı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO