Polis Hacıqabulda əməliyyat keçirdi - 2 nəfər TUTULDU - FOTO

Polis Hacıqabulda əməliyyat keçirdi - 2 nəfər TUTULDU - FOTO

Hazırda oxunan: Polis Hacıqabulda əməliyyat keçirdi - 2 nəfər TUTULDU - FOTO

166263

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakini E.Xəlilov və Sumqayıt şəhər sakini A.Fərzəliyev olduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı, 1 ədəd səsgücləndirici və qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO