Gəncədə dayanacaqda 2

Gəncədə dayanacaqda 2 "VAZ" və 1 "KamAZ" avtomobilləri yandı - VİDEO

Hazırda oxunan: Gəncədə dayanacaqda 2 "VAZ" və 1 "KamAZ" avtomobilləri yandı - VİDEO

166262

Gəncədə 3 avtomobil yanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əbülülə Gəncəvi küçəsində baş verib. Həmin ünvanda yerləşən avtomobillər üçün dayanacaqda yanğın olub.

Yanğın zamanı orada olan iki "VAZ" markalı minik avtomobili və bir "KamAZ" yük avtomobili alışıb. 

Dərhal hadisə yerinə FHN-in Gəncə şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Dayanacağın digər  hissələri yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma başlanılıb və yanğının baş vermə səbəbləri müəyyən olunacaq.
 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO