Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən İkinci Üzüm və Şərab Festivalı başa çatıb.
Bizim.Media xəbər verir ki, 25-26 noyabr tarixlərində keçirilən festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib və dequstasiya imkanı yaradılıb. Festivalda 2 gün boyunca müxtəlif əyləncəli-musiqili proqramlar təşkil olunub.
İlk dəfə 2019-cu ildə keçirilən festival yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasını hədəfləyir.
Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda - Tuğda yetişdirilən, Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutub.
Hazırda ölkəmizdə yerli üzüm sortları ilə yanaşı, dünya miqyasında tanınan üzüm sortları yetişdirilir. Ökəmizdə Gəncə-Qazax, Qarabağ, Şirvan və Qafqaz dağətəyi, Abşeron və Lənkəran-Astara bölgəsində üzümçülüyün tarixən inkişafı şərabçlığın da inkişafına təkan verib.
Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin qədim üzümçülük və şərabçılıq ənənələrinin tanıdılması, şərabçılıq turizminin inkişaf etdirilməsi və şərabçılıq turizm marşrutlarının yaradılması üzrə tanıtım və təbliğat tədbirləri həyata keçirilir. Bütövlükdə Dövlət Turizm Agentliyi tərəfindən bu cür tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi məqam diqqət mərkəzində saxlanılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:06 / 26.11.2023
Şamaxıda II Üzüm və Şərab Festivalı başa çatdı - FOTO
Hazırda oxunan: Şamaxıda II Üzüm və Şərab Festivalı başa çatdı - FOTO
Hazırda oxunan: Şamaxıda II Üzüm və Şərab Festivalı başa çatdı - FOTO
166214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.