QMİ-dən zəvvarların pulları ilə bağlı MÜƏMMALI açıqlama

QMİ-dən zəvvarların pulları ilə bağlı MÜƏMMALI açıqlama

Hazırda oxunan: QMİ-dən zəvvarların pulları ilə bağlı MÜƏMMALI açıqlama

16621

Ötən il zəvvarların həcc ziyarəti üçün ödənişləri ziyarətçilərin özlərinə geri verilib.

Bu barədə məlumatı Bizim.Media-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi verib.

 

MÖVZU İLƏ BAĞLI:

Bu il Həcc ziyarəti baş tutmayacaq


Bildirilib ki, pandemiya dövrü olduğu üçün ödənişlər hər kəsin istəyi ilə geri qaytarılıb: 

“Bu il isə bizə heç bir ödəniş olunmayıb, çünki Həcc ziyarətinin təşkili ilə bağlı qeydiyyat aparılmayıb”.

“Bəs bu il Həcc ziyarəti olacaqmı?” sualı isə belə cavablandırılıb:

“Əgər QMİ ziyarət təşkil edərsə, bu barədə əvvəlcədən KİV-ə məlumat veriləcək. Hələlik,  ziyarətin olması ilə bağlı yeni bir informasiya və dəyişiklik yoxdur”.

Xatırladaq ki, ötən il Azərbaycandan Səudiyyə Ərəbistanına həcc ziyarətinə getmək üçün 1500 nəfərlik kvota ayrılmışdı. Ötən il ziyarətin qiyməti bir nəfər üçün 4490 dollar olub.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO