Bakının Suraxanı rayonunda evdə bir nəfər bıçaqlanıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Əliyev Rasim Mədət oğlunun yaşadığı D massivindəki mənzilinə tanımadığı adam gəlib. Onlar arasında hələlik bilinməyən səbəbdən dava düşüb. Dava zamanı R.Əliyev bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırılır.
Bizim.Media