DYP: Qaydaları pozan 58 sürücü barəsində tədbirlər görülüb - FOTO

DYP: Qaydaları pozan 58 sürücü barəsində tədbirlər görülüb - FOTO

Hazırda oxunan: DYP: Qaydaları pozan 58 sürücü barəsində tədbirlər görülüb - FOTO

166124

Baş DYP İdarəsinin istifadəsində olan 050-8000-902 whatsapp nömrəsinə 1 ay ərzində vətəndaşlarımız tərəfindən dayanma və durma qaydalarını pozan 62 sürücü barəsində fotomateriallar daxil olub, nəticə də 58 sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb, fotolarda 4 avtomobilin nömrə nişanını müəyyən etmək mümkün olmayıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O, qeyd edib ki, qayda pozan sürücülərin əksəriyyətinin avtomobilləri səkilərdə və ya avtobus dayanacaqlarında saxladığı müəyyən edilib.

"Sürücülərin bir daha nəzərinə çatdırırq ki, səkilərdə və müəyyən olunmayan yerlərdə avtomobilləri saxlamaqla piyadaların və digər hərəkət iştirakçılarının hərəkətinə maneə olmasınlar", - deyə R.Tağıyev qeyd edib.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO