11 nəfərə ədliyyə leytenantı xüsusi rütbələri verilib - FOTO

11 nəfərə ədliyyə leytenantı xüsusi rütbələri verilib - FOTO

Hazırda oxunan: 11 nəfərə ədliyyə leytenantı xüsusi rütbələri verilib - FOTO

166121

Azərbaycan Respublikasının ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmrinə əsasən orta rəis heyətində qulluğa başlayan əməkdaşlar noyabrn 25-də Penitensiar xidmətin Baş idarəsində qəbul ediliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, Ryazan Hüquq və İdarəçilik Akademiyasında təhsilini əyani formada uğurla başa vuraraq orta rəis heyətində qulluğa qəbul edilmiş 11 əməkdaşa ilkin ədliyyə leytenantı xüsusi rütbələri təqdim edilib.

Həmçinin Penitensiar xidmətdə qulluğa qəbulla bağlı verilmiş elana əsasən müraciət etmiş və müsabiqədə uğur qazanmış, 11 nəfəri Vətən müharibəsi veteranı olmaqla kiçik rəis heyətində yeni qulluğa qəbul edilmiş 21 əməkdaşa ilkin xüsusi rütbələr təqdim olunub.
Nazir müavini yeni rütbələr almış əməkdaşları təbrik edərək uğurlar arzulayıb, xidmətlərində hər zaman dövlətçiliyə şərəflə xidmət etməyi, ədliyyə işçisi adını uca tutmağı, qanunçuluq, şəffaflıq, insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə dönmədən əməl etməyi tövsiyə edib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO