Xocavənd rayonunun Tuğ kəndi işğaldan azad edildikdən sonra buradan toplanmış Xındoqnı üzüm sortlarından hazırlanan şərab bu gün ilk dəfə təqdim edilib.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bu gün Şamaxı şəhərində keçirilən II Şərab Festivalında deyib. Onun sözlərinə görə, Xındoqnı üzümündən indiyə qədər iki min litr şərab istehsal olunub.
MÖVZU İLƏ BAĞLI:
Şamaxıda İkinci Üzüm və Şərab Festivalına start verilib - FOTO
“Şərab hələlik satışa çıxarılmayıb. Onun həm ölkə daxilində satışı, həm də ixracı nəzərdə tutulub. Amma bu gün festival iştirakçıları Xındoqnı şərabını dequstasiya edə biləcəklər”.
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media