Gələn il Şuşada

Gələn il Şuşada "ASAN xidmət" Mərkəzi AÇILACAQ – RƏSMİ  

Hazırda oxunan: Gələn il Şuşada "ASAN xidmət" Mərkəzi AÇILACAQ – RƏSMİ  

166047

“Gələn il Şuşada "ASAN xidmət" Mərkəzi fəaliyyətə başlayacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Şuşa şəhərində "ASAN xidmət" Mərkəzinin yaradılması ilə əlaqədar işlərə start verilib: 

“Gələn ildən Dövlət Agentliyi Şuşada fəaliyyətə başlayacaq”. 
Ü.Mehdiyev bildirib ki, işğaldan azad olunmuş digər ərazilərdə də "ASAN xidmət" mərkəzlərinin mərhələli şəkildə açılması nəzərdə tutulur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO